top of page

Haqqımızda

Bacak sakatlanması

Elvin Səfərov tərəfindən 09.11.2018-cü il tarixində əsası qoyulmuş “ORCES” ortopedik mərkəzi protez, ortez və ortopedik məhsullar vasitəsi ilə pasiyentlərə xidmət göstərir.
Mərkəzimizin texniki imkanları və ixtisaslı mütəxəssislərin təcrübəsinə əsasən istənilən fərdi məhsullar, müasir protezlər mexanizmindən asılı olmayaraq tam dəqiqliklə və keyfiyyətli şəkildə hazırlanır.
Azərbaycanda skoliozun konservativ üsulla həyata keçirilən müalicəsində istifadə olunacaq skolioz korsetləri daha dəqiq və effektiv hazırlayan və müalicə edən yeganə mərkəzik.
Hazırda mərkəzimiz ilə bilavasitə əməkdaşlıq edən otuza yaxın müəssisə, yüzdən çox həkim vardır.
“ORCES” ortopedik mərkəzi olaraq biz, hazırladığımız məhsulların keyfiyyətinə, texniki qulluq və təmir işlərinə tam, elektron hissələrinə görə 2 il, tədarükçü firmaların təmin etdiyi silikon laynerlərə görə isə 6 aydan 18 ayadək zəmanət veririk.
Səhhəti ilə əlaqədar olaraq mərkəzimizə yaxınlaşa bilməyən pasiyentlərə yerində xidmət göstəririk. Satış öncəsi pasiyentlərdən fərdi ölçülərin alınmasını və təhvilini, satış sonrası isə korreksiyalarını həyata keçiririk.
11.09.2021- ci il tarixindən etibarən “ORCES” ortopedik mərkəzi Gəncə şəhərində 15.05.2022- ci ildə növbəti filialını Şəki şəhərində açaraq pasiyentlərinə xidmət göstərir.
Pasiyentlərimizin əldə etdiyi nəticələr bizim ən etibarlı zəmanətimizdir.
“ORCES” ortopedik mərkəzi sizə sağlamlığın qısa yolunu göstərəcəkdir!

bottom of page