Fərdi olaraq ayağın anatomik şəklinə uyğun hazırlanmaqla ayağın tağlarını uyğun şəkildə dəstəkləyən və stabilliyini təmin edən dinamik bir AFO növüdür. Supinasiya və pronasiya dərəcələrinə görə istifadəçiyə fərdi olaraq hazırlanır. Dinamik AFO-nun ayaq, ayaq-bilək oynağında medial və laterial istiqamətdə stabillik yaratması və orta xətt pozisiyalaması nəticəsində inversion/adduksion və eversion/abduksion hərəkətləri məhdudlaşır və eyni zamanda plantar fleksion və dorsifleksion hərəkətə icazə verməklə ayaq-bilək oynağının dinamik stabilliyini təmin edir. Əzələ tonusunu tənzimləmək, hərəkətdə tarazlıq və duruş pozisiyasını dəstəkləmək məqsədi ilə aşağıdakı xəstəliklərdə istifadə olunur:
- Serebral iflic
- Spina bifida
- Sinir-əzələ distrofiyası